ABŞ-da polis zabiti zorlamalara görə 263 il həbs cəzasına məhkum edilib

Zorlamalarda təqsirli bilinən  Oklahoma ştatının keçmiş polis zabiti 263 il həbs cəzasına məhkum edilib. APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, ittihama əsasən, 29 yaşlı polis əməkdaşı xidmətdə olduğu zaman dəfələrlə qaradərili qadınlara qarşı seksual xarakterli cinayətlər törədib.Məhkəmə ötən gün Deniel Xoltsklounu 4 zorlama hadisəsi və digər 14 epizod üzrə təqsirli hesab edərək 263 il həbs cəzasına məhkum edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00