Türkiyədə növbəti terror aktı: 10 yaralı

Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin rayonunda polis əməkdaşlarını daşıyan avtobus minaya düşüb."Report" "NTV" telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 9 polis zabiti və 1 şəhər sakini yaralanıb.Zirehli texnikanın köməyi ilə xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Rayona əlavə hərbi birləşmə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00