Onlar da boşandılar

2 il əvvəl ABŞ-da ailə quran aktrisa Pelin Sönmezlə Cengiz Çolak səssiz-səmirsiz boşandılar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanmasına səbəb aktrisanın ayağında keçmiş sevgilisi Murad Dalkılıçın soyadının yazılması olub. Belə ki, Pelin ərinin döyməni sildirməsi istəyinə qarşı çıxıb. Bu səbəbdən cütlük boşanmaq qərarına gəlib.
Qeyd edək ki, Pelin Sönmezlə Murad Dalkılıç 2009-2012-ci illərdə sevgili olublar. Murad hazırda aktrisa Merve Boluğurla ailəlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00