ABŞ 40 ildən sonra Yaponiyaya neft satacaq
21 Yanvar 2016 16:35 DünyaYaponiya 40 il fasilədən sonra ABŞ-dan xam neft idxalına başlayacaq. "Cosmo Energy Holdings" fevralın ortasında həyata keçirəcək xam neft idxalı ilə 40 illik fasilədən sonra ABŞ-dan neft idxal edən ilk Yaponiya şirkəti olacaq. AZƏRTAC bildirir ki, "Cosmo Energy Holdings"dən edilən şərhdə "Cosmo Energy"nin ilkin mərhələdə 300 min barrel Texas nefti alacağı bildirilir.
Yaponiyanın ən böyük neft təchizatçısı isə hazırda Səudiyyə Ərəbistanıdır. Yaponiya neft idxalının 34 faizini Səudiyyə Ərəbistanından və ümumilikdə 80 faizini isə Orta Şərqdən reallaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00