Rusiya Hərbi-Dəniz Donanması bu il 6 beynəlxalq təlimdə iştirak edəcək

Rusiya Hərbi-Dəniz Donanması 2016-cı ildə 6 beynəlxalq təlimdə iştirak edəcək. APA-nın "RİA Novosti"ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi-Dəniz Donanması komandanının müavini Aleksandr Fedotenkov deyib. O bildirib ki, xarici ölkələrin hərbi-dəniz qüvvələri ilə əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə bir sıra birgə təlimlər planlaşdırılır. Onların arasında Rusiya-Azərbaycan-Qazaxıstan birgə hərbi-dəniz təlimləri də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00