İŞİD neft terminalına hücum etdi
21 Yanvar 2016 18:35 DünyaTerrorçu İŞİD qruplaşması Liviyanın şimal-şərqində yerləşən Ras-Lanuf neft terminalına, eləcə də "Harouge Oil Cooperation" şirkətinin mənzil-qərargahına hücum edib. Report bildirir ki, məlumatı "Sky News Arabia" yayıb. Hökumətyönlü silahlılarının terrorçulara qarş əməliyyat keçirmələrinə və onların mövqelərinə havadan zərbələr endirilməsinə baxmayaraq, İŞİD Liviyanın iki karbohidrogen ixracı terminalına - Əs-Sidr və ben-Cavada doğru irəliləməkdədir.
Qeyd edək ki, hər iki rayon Sirt körfəzi sahilində, Ras-Lanufun yaxınlığında yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00