Hal-hazırda Rusiya tərəvəz bazarındakı ehtiyaclar müxtəlif ölkələrin hesabına az da olsa ödənilməyə çalışır. Tomat məhsulunun 60%-ni Türkiyənin hesabına ödəyən Rusiya bazarının 20%-ni türk məhsulları təşkil edirdi.

1 ədəd pomidor 2 dollar
Əldə edilən son hesablamalara görə, Türkiyə Rusiyaya 2015-ci ilin son 10 ayı ərzində 300 min ton pomidor, 255 min ton sitrus meyvələri, 20 min ton ət və 36 min ton duz ixrac edib.
Bütün bu tərəvəz məhsullarının Kuban , Azərbaycan və İrandan əldə edilə biləcəyini bildirən ekspertlər bu ölkələrin SSRİ zamanında tərəvəz ixracatına görə Türkiyədən sonra ikinci yerdə olduğunu bildiriblər.
Ötən ilin noyabrında Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini Türkiyə-Suriya sərhədlərində vurduğu üçün iki ölkə arasında vəziyyət kəskin şəkildə pisləşib. Bundan sonra Rusiya Türkiyə məhsullarına, şirkətlərinə və s. sanksiyalar tətbiq edib.
Rusiya Federasiyası