• Azərbaycanın Mərkəzi Asiyanı və Avropanı birləşdirən enerji tranzit məntəqəsi olması
• Bakının Gürcüstan və Ukraynanın suverenliyinin pozulmasına qarşı müqavimət göstərməsi
• Azərbaycanın ABŞ ilə terrorizmə və şiə radikallaşmasına qarşı mübarizədə həmrəyliyi
Yazıda qeyd olunur ki, Türkmənistan Transxəzər qaz kəmərinin tikintisini həyata keçirə bilsə, Azərbaycan qlobal enerji ticarətində daha vacib rol oynayacaq:
"Bu qaz kəməri dünyada təbii qaz ehtiyatlarına görə dördüncü olan Türkmənistanı Avropa İttifaqı ilə birləşdirəcək və Bakını tranzit enerji şəbəkəsinin mərkəzinə çevirəcək. ÇünkiXəzər dənizindən gələn sabit enerji axını Avropanın Rusiya qazından asılılığını azaldacaq və İranın təsirini məhdudlaşdıracaq. Bu da ABŞ-ın müttəfiqlərini uzunmüddətli düşmənlərə qarşı gücləndirəcək".

Kristofer Smit - ABŞ-ın Helsinki komissiyasının sədri
Azərbaycan həmçinin Qərblə birlikdə terrorizmə qarşı mübarizə aparır. 2011-ci ilin sentyabrından Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edir. ABŞ-ın bir çox müttəfiqləri 2003-cü ildə İraqda müharibənin əleyhinə çıxsa da, Azərbaycan ABŞ təyyarələri üçün öz hava məkanından istifadəyə imkan yaradıb. Bu gün AzərbaycanƏfqanıstanda amerikalı hərbçilər üçün ərzaq, geyim və yanacağın üçdə bir hissəsini nəql edir. Bundan əlavə, Azərbaycan ABŞ-ın Xəzər hövzəsində terrorizmlə mübarizədə yeganə müttəfiqidir.
İraq, Əfqanıstan