ABŞ münaqişənin tənzimlənməsində təşəbbüsü ələ alır

"Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində təşəbbüsü ələ almaq üçün ciddi səylər edir. Bu baxımdan rəsmi Vaşinqton Rusiyanın mövqeyinin zəiflədilməsi istiqamətində diplomatik fəaliyyətini genişləndirib". Belə bir açıqlama ilə çıxış edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə "OLAYLAR"-a deyib ki, Amerkanın Minsk qrupundakı həmsədri Uorlikin digər həmsədrlərin iştirakı olmadan London və Vaşinqtonda apardığı müzakirələr də məhz buna hesablanıb: "Avropa İttifaqının Qarabağla bağlı bəyanatı və ATƏT-in sədrliyinə keçən Almaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, bu il konfliktin beynəlxalq güclərin nəzarətində olacağı və münaqişənin həlli istiqamətində danışıqlarıın Rusiyanın iştirakı olmadan intensivləşəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00