Gürcüstan inadından dönənə oxşamır

Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladzenin Avstriyanın paytaxtı Vyanada Rusiyanın "Qazprom" şirkətinin nümayəndələri ilə apardığı növbəti danışıqlar başa çatıb. Bu barədə APA-ya Gürcüstanın Energetika Nazirliyindən məlumat verilib. "Danışıqlar müqavilə imzalananadək davam edəcək", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, son vaxtlar Gürcüstan müxalifətinin nümayəndələri, politoloqlar, iqtisadçı-ekspertlər hesab edir ki, yerli hökumətin "Qazprom" şirkəti ilə apardığı danışıqlar ölkənin enerji sisteminin təhlükəsizliyinə təhdid yaradır. Danışıqların əleyhinə olanlar Tiflisdə etiraz aksiyası keçirir. Etirazçıların əsas istəyi danışıqların dayandırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00