Rusiya hökuməti əmək haqqlarını verə bilmir

Rusiyada bəzi təşkilatların əməkdaşları məvaciblərini ala bilmirlər. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə. dövlət təşkilatı TASS informasiya agentliyinin əməkdaşlarına da əmək haqqı verilmir. Məlumata görə, TASS əməkdaşlarına dekabr ayının məvacibi hələ də ödənməyib. Agentliyin rəhbərliyi isə maaşların yanvar ayının sonuna qədər ödəniləcəyini deyib. Məvaciblərin gecikməsinin və ödənilməməsinin büdcə kəsirləri ilə əlaqədar olduğu iddia edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00