Bayden Türkiyəyə gəlir

ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya səfəri gözlənilir. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, ABŞ vitse-prezidentinin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və digər yüksək vəzifəli hökümət nümayəndələri ilə görüşəcəyi bildirilir. Görüş və danışıqların əsas mövzusunun Suriyadakı vəziyyət, İranla münasibətlər və Rusiya böhranı olacağı ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00