İremin boşanma xəbəri ilə bağlı açıqlama
21 Yanvar 2016 19:40 DünyaMüğənni İrem Derici və radio aparıcısı Rza Eserdemirin boşanma xəbəri şou gündəminin əsas mövzularlndan birinə çevrilib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İnstaqram səhifələrində birgə olan bütün fotolarını silən cütlük bir-birlərini izləməni də dayandırıblar. 2014-cü ildə ailə quran İrem və Rzanın münasibətlərində 6 aydır ciddi problem yaşandığı deyilir. Aİləyə yaxın adamlardan biri isə bu haqda belə açıqlama verib: "Boşanma yoxdur, amma eyni evdə oturub bir-birləri ilə heç danışmırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00