Serenayla Kərəmin Amerika sərgüzəştləri
21 Yanvar 2016 19:28 DünyaXəbər verdiyimiz kimi, Kerem Bursin və Serenay Sarıkaya cütlüyü bir müddətdir ki, Amerikada yaşayır. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Serenay Sarıkaya sosial şəbəkədə Amerika haqqında fikirlərini bölüşüb. "Bura heç də filmlərdə görünən kimi deyil. Filmlərdə çox şişirdilir. Bir şey məni çox narahat edir. Amma deyə bilmirəm. Bura çox sıxıcıdır. Yurdumun istiqanlı insanları, isti qəhvə üçün darıxmışam", - aktrisa yazıb.
Qeyd edək ki, cütlük hal-hazırda Las-Veqasdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00