Telekanalların ən yaxşıları seçildi

Britaniya teleməkanında ən nüfuzlu mükafat sayılan "National Television Awards"ın təqdimat mərasimi keçirilib. Londondakı O2 Arena-da təşkil olunmuş mərasimə qatılan TV ulduzlarının geyimləri birmənalı təsir bağışlamayıb. Milli.Az TMZ-yə istinadən bildirir ki, TV məkanının ulduzları sayılan xanımların tam əksəriyyəti zövqsüz, açıq-saçıq, vulqar geyinmişdi.

"National Television Awards"ın qaliblərini təqdim edirik:
1. "Ən yaxşı istedad şousu" - "Strictly Come Dancing"
2. "Ən yaxşı dramatik serial" - "Downton Abbey"
3."Ən yaxşı əyləncə proqramı" - "I'm A Celebrity"
4. "Ən yaxşı komediya serialı" - "Peter Kay's Car Share"
5. "Ən yaxşı yeni dramatik serial" - "Doctor Foster"
6. "Ən yaxşı gündəlik proqram" - "The Chase"
7. "Ən yaxşı macəra proqramı" - "The Great British Bake Off"
8. "Ən yaxşı canlı yayım proqramı" - "This Morning"
9. "Ən yaxşı melodramatik serial" - "EastEnders"
10. "Ən yaxşı dramatik serial aktyoru" - Danni Dayer ("EastEnders")
11. "Ən yaxşı faktiki əyləncə" - "Gogglebox"
12. "Ən yaxşı debüt" - Şeyn Uard ("Coronation Street")
13. "Ən yaxşı teleaparıcı" - Ant & Dec dueti
14. "Ən yaxşı dramatik serial aktrisası" - Sürenn Cons
15. "Ən yaxşı əcnəbi serial" - "The Big Bang Theory"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00