Tabutda silah qaçırmağa çalışan terrorçular saxlanıldılar
21 Yanvar 2016 12:04 DünyaTürkiyənin Şırnak vilayətinin Cizrə rayonu ərazisində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında silahlı qarşıdurma baş verib. İnsident zamanı 3 terrorçu zərərsizləşdirilib, 9 terrorçu isə yaralanıb. Anspress bildirir ki, qarşıdurma zamanı yaralı PKK terrororçuları Cizrə rayonu bələdiyyəsinə aid təcili yardım maşını ilə ərazidən qaçmağa çalışıblar. PKK terrorçularının tabutun içində qaçırmağa çalışdığı silah-sursat isə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib. Türk Silahlı Qüvvələri və təhlükəsizlik əməkdaşları birgə əməliyyatda PKK terrorçularıyla tez-tez təmasa girirlər. Bu çərçivədə terrorçuların kompakt yaşadığı olduğu Cudi məhəlləsində bir qrup terrorçu ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Qarşıdurmada üç terrorçu zərərsizləşdirilib, 9 terrorçu isə yaralanıb. Yaralılar və terrorçuların cəsədləri təhlükəsizlik qüvvələrinin nəzarəti altında Cizrə Dövlət Xəstəxanasına aparılıb. Yaralananlardan birinin isə televiziya əməkdaşı olduğu bildirilib.