Məşhur müğənni əlil arabasına məhkum oldu

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli müğənni Zerrin Özer həkiminin səhlənkarlığına görə əlil arabasına məhkum olub. Müğənni mövzu ilə bağlı geniş açıqlama verib: O, açıqlamasında: "İllər əvvəl Almaniyada hava limanında yıxılmışdım. Təcili xəstəxanaya gedib ayaqlarımı rentgen etdirdim. Mənə dedilər: "Bir az sıxılma var". Sonra yenə yıxıldım. Həmin yer daha böyük zədə aldı. Hərdən ağrı verir, hərdən isə sakitləşirdi. Bundan bir qədər sonra isə gecə hamama getmək istəyəndə itimə ilişib 3-cü dəfə yıxıldım. Aradan bir neçə gün keçmişdi, ağrılara dayana bilmirdim. Həkimə getdim. Dedilər: "Disk partlayıb, sinirə toxunub". Həkim təcili əməliyyat lazım olduğunu dedi. Sonra məni indiki vəziyyətə salan həkim gəldi: "Biz bu əməliyyatı tez-tez edirik, səhəri gün xəstələr ayağa qalxır", - dedi. Əməliyyatdan sonra məni gəzdirmək istəyəndə ağrılar daha da şiddətləndi. Sonra həkim yanıma gəlib: "Zerrin xanım, mən bu işi bacarmadım. İçəridə sümük parçası qalıb, yenidən əməliyyat lazımdır", - deyərək üzrxahlıq etdi. Ertəsi gün ayıldım, ancaq yenə yeriyə bilmədim. Ona görə o xəstəxanadan ayrıldım. Bir ay sonra başqa həkim məni əməliyyat etdi. Ancaq əzələ zədələndiyi üçün yeriyə bilmirəm və sağ ayağımı tərpətmək mümkün deyil. Bacım fizioterapevtdir. 6 ay məni müalicə etdi. İndi ayaqyoluna belə kimdənsə tutaraq gedə bilirəm", - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00