Terroru maliyyələşdirməkdə şübhəli bilinən 20 iş adamı saxlanıldı
21 Yanvar 2016 12:01 Dünyaİstanbulda keçirilən antiterror əməliiyyatı nəticəsində terrorçu PKK-ya maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən 20-dən çox şəxs tutulub. Report Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat İstanbulun 22 rayonunda 36 ünvanda keçirilib. Saxlanılan şübhəlilər qumar oyunlarını təşkil edənlərdən, narkotik maddələrin qanunsuz ticarəti, insan alveri, qaçaqmal ticarəti ilə məşğul olanlardan və başqa bu sayaq əməllər törədənlərdən pul toplayaraq, onu terrorçu PKK-ya ötürürmüşlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00