İsrail yeni işğal mərhələsinə girir

İsrail hökuməti Qərbi İordanda fələstinlilərə məxsus 1540 hektarlıq ərazidə yeni yəhudi yaşayış məskənlərinin salınması barədə qərar verib.Milli.Az axar.az-a istinadən bildirir ki, İsrail baş naziri Benyamin Netanyahu və müdafiə naziri Moşe Yalon Qərbi İordandakı İyerixon şəhəri yaxınlığında yeni yəhudi yaşayış məskəninin genişləndirilməsi barədə qərarı təsdiq ediblər. Sözügedən qərarla bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.Qeyd edək ki, 1540 hektarlıq ərazi İsrailin 2014-cü ildən bu günə qədər ələ keçirdiyi ən geniş sahədir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00