Eminem şokda: baldızı bomj və narkoman kimi öldü - FOTO
21 Yanvar 2016 10:15 DünyaDünyanın ən məşhur reperi, əsl ad və soyadı Marşall Bryus Matters olan Eminemin baldızı Daun Skott şəhər parkındakı treylerdə ölü tapılıb. Polisdən verilən məlumata görə, son illər sərgədan, avara həyat sürmüş Daun Skott narkoman idi. Onun ölüm səbəbi də qəbul etdiyi heroinin dozasının həddən artıq olması idi.Milli.Az Radar Online-a istinadən bildirir ki, mərhum Daun Skott reperin sabiq arvadı Kim Mattersin əkiz bacısıdır.Daun 15 yaşı olanda evdən qaçmışdı.Eminem və Kim bu qadının qızı Alaynanı övladlığa götürmüş, öz qızları Hayli ilə birlikdə böyütmüşdülər.Daun Skottun keçmiş sevgilisi deyib: "O, narkomandı. Heroin, kokain, adderol qəbul edirdi. Nə qədər çalışsaq da, bu mərəzindən əl çəkmirdi".40 yaşlı Daun Skottun cəsədi ABŞ-ın Detroyt şəhərindəki "Motor City Park"da, yaşadığı köhnə, sınıq-salxaq treylerdə tapılıb