Fransadan İŞİD-ə zərbə
21 Yanvar 2016 07:18 DünyaFransa qırıcıları son bir həftə ərzində İraq və Suriyada İŞİD-in mövqelərinə 62 hava zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə Fransanın Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, İraqdakı əməliyyatlar Mosul və Ramadi şəhərləri ətrafında həyata keçirilib.
Mosul şəhərində İŞİD-in telekommunikasiya mərkəzi və qərargahı da məhv edilib.
Qeyd edək ki, noyabrın 13-də Parisdə baş verən silsilə terror aktlarından sonra Fransa İŞİD-ə qarşı aktiv hərbi əməliyyatlara başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00