Rusiya səfirliyi qarşısında partlayış - 4 ölü, 24 yaralı

Rusiyanın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyinin qarşısında partlayış törədilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, "Tolo TV" televiziya kanalına aid mikroavtobus partladılıb.

Əfqanıstanın daxili işlər nazirinin köməkçisu Eyüp Salanyi hadisə nəticəsində 4 nəfərin öldüyünü, 24 nəfərin yaralandığı açıqlayıb. "Tolo TV"nin səlahiyyətliləri mikroavtobusun içində 30 nəfərin olduğununu bildiriblər. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım qrupları və təhlükəsizlik gücləri cəlb edilib, səfirlik binasına yaxın yollar bağlanılıb.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Taliban daha əvvəl "Tolo TV"ni  ABŞ və Qərbə xidmət etməkdə ittiham etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00