Ukrayna Rusiya qazından imtina etdi

Ukraynanın kifayət qədər təbii qaz ehtiyatı var. Hələlik Rusiyanın qazına ehtiyacımız yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Enerji naziri Vladimir Demçiş deyib.

"Ehtiyac olarsa, ehtiyatımızı 120-130 milyon kubmetr artıra bilərik. Hələlik kifayət qədər təbii qaz ehtiyatımız var", - Demçiş bildirib.

Qeyd edək ki, Ukrayna Baş naziri Arseni Yaçenyuk ölkəsinin Avropa Birliyindən Rusiyanın təklif etdiyi qiymətdən daha ucuz qaz alacağını söyləmişdi.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00