Dünya birjalarında kəskin düşüş yaşanıb
Səhm bazarlarının aparıcı indekslərində yenidən enişlər müşahidə olunur
21 Yanvar 2016 06:39 DünyaNeft qiymətlərinin ucuzlaşmağa davam etməsi və qlobal iqtisadi durğunluqla bağlı qorxular investorları tam çaşqınlıq içində qoyub. ANS PRESS-in məlumatına görə, Qərb ölkələrini səhm bazarlarının aparıcı indekslərində yenidən enişlər müşahidə olunur.
Wall Street, Dow Jones və Standard and Poors 500 indeksi ticarət sessiyasının ortalarına yaxın 2 faiz düşüb, NASDAQ indeksi isə 2.3 faiz enib. Avropaya gəlincə aparıcı səhm bazarlarında qiymətli kağızların alqı-satqısı daha aşağı səviyyədə davam edib.
Britaniyan FTSE 100, Almaniyanın DAKS, Fransanın isə CAC40 indeksləri təxminən 2.5 faiz ucuzlaşıb. İndiki vəziyyətdə ucuzlaşma ilə əlaqədar əksər indekslər "ayı bazarına" daxil olub. Avropa və ABŞ fond birjalarında ticarət həcminin azalması Asiyada səhm bazarlarının kəskin aşağı indekslərlə bağlanmasından sonra müşahidə olunub.
Dubayın fond birjasında ticarət sessiyası son 28 ayda ən aşağı göstərici ilə yekunlaşıb. Yaponiyada isə səhmlərin satışı 2014-cü ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.