2015-ci il Yer kürəsində ən isti il olub

2015-ci il Yer kürəsində ən isti il olub.APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ötən il Yer kürəsində temperatur 2014-cü ildəki göstəricini 0,16 dərəcə üstələyib.ABŞ mütəxəssisləri bunu əsasən parnik qazları tullantılarının artması ilə əlaqələndirirlər."2015-ci il Yer kürəsində uzunmüddətli istiləşmə tendensiyasını davam etdirib",  NASA-nın kosmik araşdırmalar üzrə Qoddard İnstitutundan bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00