Venesuela OPEK-i təcili görüş keçirməyə çağırdı
21 Yanvar 2016 06:20 DünyaNeftin qiymətlərinin gələcəkdə düşməsinin qarşısını almağa kömək edəcək fəaliyyətlərin müzakirəsi məqsədilə Venesuela OPEK-i təcili görüş keçirməyə çağırıb.
Virtualaz.org saytı Reuters agentliyinə istinadən bildirir ki, Venesuela OPEK-dən növbədənkənar görüşün keçirilməsini xahiş edib.
Xatırladaq ki, bu gün neft kəskin ucuzlaşıb. Günorta saatlarında Brent markalı neftin 1 barrelinin qiyməti 28 dollardan aşağı düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00