Fransada elan olunmuş fövqəladə vəziyyətin müddəti uzadıla bilər
21 Yanvar 2016 06:13 DünyaFransanın icra hakimiyyəti orqanları ölkədə elan edilmiş fövqəladə vəziyyətin müddətinin uzadılası məsələsini yaxın günlərdə müzakirə edəcəklər.
Virtualaz.org saytı "Russian Today" agentliyinə istinadən bildirir ki, bu xəbəri Yelisey sarayındakı mənbə verib.
Mənbənin sözlərinə görə, parlament təqvimini nəzərə almaqla icra hakimiyyəti orqanları - prezident, baş nazir və daxili işlər naziri məsələ ilə əlaqədar qərarlarını verməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00