Qazaxıstanda növbədənkənar parlament seçkilərinin keçirilmə tarixi məlum oldu

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qazaxıstan Respublikası Parlamenti Məclisinin beşinci çağırış deputatlarının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

Virtualaz.org saytı AzərTAc-a istinadən xəbər verir ki, Məclisə növbədənkənar seçkilər 2016-cı il martın 20-nə təyin edilib.

Xatırladaq ki, Qazaxıstan parlamenti bu barədə ölkə prezidenti Nursultan Nazarbayevə müraciət ünvanlamışdı. Müraciətdə Məclis palatanın vaxtından əvvəl buraxılmasını və 2016-cı ildə növbədənkənar seçkilərin təyin olunmasını xahiş etmişdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00