Pakistanda terror: ən azı 15 nəfər həlak oldu
20 Yanvar 2016 11:25 DünyaPakistanın Hayber-Paxtunxva vilayətində baş vermiş terror hadisəsində ən azı 15 nəfər həlak olub.
Virtualaz.org saytı TASS agentliyinin xəbərinə əsasən bildirir ki, bu gün səhər saatlarında Pakistanın Hayber-Paxtunxva vilayətində yerləşən universitet binasına hücum qeydə alınıb. Terror aktı nəticəsində azı 15 nəfər həlak olub.
Daha öncə universitet binasının terrorçular tərəfindən zəbt olunması nəticəsində 50 nəfərin yaralandığı bildirilmişdi.
Pakistan polisi 2 terrorçunun məhv edildiyini xəbər verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00