Özünə ayaqqabı alan məmur korrupsiyada ittiham olunur

Onu rüşvətxor hesab edərək işdən çıxarıblar

Estoniyanın polis rəhbəri çəkmə aldığına görə, korrupsiyada ittiham olunub.

ANS PRESS-in məlumatına görə, polis və sərhəd mühafizəsi departamentinin rəhbəri Elmar Vaxeri dövlət vəsaitini israfçılıq etməkdə ittiham ediblər. Xarici KİV-lərin məlumatına əsasən, Vaxer təxminən 400 avro xərcələyərək, bir cüt çəkmə və qulaqcıq alıb.

Məsələ ilə bağlı xüsusi antikorrupsiya komissiyasının sədri Artur Talvik Estoniya parlamentinin daxili işlər naziri Hanno Pevrura respublikanın polis və sərhəd mühafizəsi departamentində dövlət vəsaitlərinin sui-istifadə mümkünlüyü barədə sorğu göndərib."Sərəncamımızda Elmar Vaxerin Tallin hava limanında özünə çəkmə almaq üçün 139,41 avro və qulaqcıq almaq üçün 299 avro xərclədiyi haqqında məlumatlar var. O, bunların guya formasına lazım olduğu üçün aldığını qeyd edib. Halbuki forma elementlərinin alınması yalnız satınalma yolu ilə həyata keçirilir", - deyə Talvik bildirib.Deputat xatırladıb ki, ötən il dekabrın əvvəllərində xərclər haqqında hesabat təsdiq etməli olan polis əməkdaşı qəflətən işdən xaric olunub. Talvikin sözlərinə görə, həmin polis əməkdaşı korrupsiyada yeganə günahkar hesab olunub və işdən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00