ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönməkdən imtina ediblər
20 Yanvar 2016 09:10 DünyaABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönməkdən imtina ediblər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yanvarın 16-da ABŞ və İran arasında əldə olunan məhbus mübadiləsinə dair razılığa əsasən, Tehran "Washington Post" qəzetinin Tehrandakı müxbiri Jason Rezaian daxil olmaqla ABŞ vətəndaşları olan 4 məhbusu azadlığa buraxıb.
Amerikada həbsdə olan 7 İran vətəndaşı da həmin gün azadlığa buraxılıb. Onlardan 6-nın ikili vətəndaşlığı olduğu bildirilir. Həmçinin İran və ABŞ arasında əldə olunmuş razılığa görə, ABŞ 14 İranlıya qarşı ekstradisiyası ilə bağlı məhkəmə qərarını ləğv edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00