Hülya Avşar: “Maşın istəyirsə, qazanıb özü alsın”
19 Yanvar 2016 19:45 DünyaAktrisa Hülya Avşar bacısı Helin Avşar və yaxın dostları ilə birlikdə balıq restoranından çıxarkən görüntülənib. Publika.az xəbər verir ki, Hülya Avşar 18 yaşının tamam olması münasibətilə qızı Zəhraya "cip" hədiyyə etdiyi ilə bağlı iddialara cavab verib: "Avtomobili atası alıb. Mən hədiyyə etməmişəm. Daha bəsdir, böyüyüb. Bundan sonra işləyib özü alsın". Hülya Avşar qeyd edib ki, Zəhraya avtomobil sürməyi atası Qaya Çilingiroğlu öyrədəcək və bu işi mükəmməl öyrənmədiyi təqdirdə avtomobil sürməyinə icazə verilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00