Bakıdan qayıtdı, rekord məbləğdə təklif aldı

Uzun müddətdir "Ay Yapım"la işləyən aktyor Çağatay Ulusoya başqa şirkətdən təklif gəlib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Medcezir"dən sonra "Delibal" filmi ilə gündəmə gələn və bir il seriala çəkilməmək qərarı verən aktyor yeni mövsümdə ekranlarda olacaq. Yanvarın 7-də Azərbaycanda "Delibal" filminin qala gecəsindən sonra Türkiyəyə dönən Ç.Ulusoya adı mediaya açıqlanmayan şirkət tərəfindən rekord məbləğdə təklif edilib. O, çəkiləcəyi yeni serialda hər seriya üçün 110 min lirə (təxminən 55 min manat) qazanacaq və üstəlik 40 seriyanın ödənişi əvvəlcədən ediləcək. Lakin Çağatay təklifi geri çevirərək "Ay Yapım"la işləməyə davam edib.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00