Türkmənlərdən Əsədə zərbə

Suriyanın Lazikiyə vilayətində Türkmən gücləri Əsəd rejiminin birliklərinə qarşı uğurlu əməliyyata start veriblər. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Cibəl- Türkmən dağlarında Əsəd ordusunun 103-cü briqadasına qarşı hücuma keçən Türkmən ordusu hissələri ona sarsıdıcı zərbələr vuraraq strateji əhəmiyyətə malik Ateyri şəhərini ələ keçiriblər. Bununla da türkmənlər Cəbəl Əl -Zəkəriyyə dağ silsiləsində mövqe tutublar. Döyüşlər zamanı bu dağ bölgəsində olan Tel- Zeytun və Tel-Ablak şəhərləri də Türkmənlərin nəzarətinə keçib.
Qeyd edək ki, Türkmənlər Cibəl Əl Zəkəriyyəni ələ keçirməyə müvəffəq olduğu halda Əsədin Əl Rəbiyyədəki hərbi bazasını mühasirəyə alaraq Türkiyə sərhəddini tam nəzarətə götürəcəklər. Türkmən güclərinin uğurlu hücum əməliyyatı həm müxakifət, həm də Əsədə bağlı olan qüvvələr tərəfindən də təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00