Qrip tutanların 80 faizi "donuz qripi"dir

Bu il Avropa və Rusiyada qeydə alınan qrip viruslarının 80 faizi H1N1 virusunun və ya "donuz qripi"nin payına düşür. Report TASS-a istinadən xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəsmi saytında yerləşdirilib. "Bütün A qrip viruslarının 80%-i A(H1N1)-in payına düşür. Səhiyyə işçiləri gənclərdə və ümumən sağlam adamlarda "ağır qrip" diaqnozu ehtimalına xüsusi diqqət yetirməli və müvafiq yardım göstərməlidir", - təşkilatın məlumatında deyilir. ÜST-ün son monitorinqinin nəticələrinə əsasən, Ermənistan, İsrail, Türkiyə, Ukrayna və Rusiyada "donuz qripi" virusu ilə ağır xəstəlik və ölüm hallarına rast gəlinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00