Rusiya Krıma nüvə silahı yerləşdirir?

Rusiya işğal edilmiş Krımda nüvə silahını yerləşdirə bilər. Publika.az  bildirir ki, bu barədə Rusiya hərbi eksperti Pavel Felqenqauer "Apostrof" nəşrinə açıqlamasında bildirib. Pavel Felqenqauer qeyd edib ki, iqtisadi böhran, neftin qiymətlərinin kəskin düşməsi, rublun rekord səviyyədə devalvasiyası şəraitində Rusiya NATO-nun hərbi potensialının güclənməsinə müvafiq reaksiya verə bilmir. Analitik hesab edir ki, Kreml buna görə də şifahi səviyyədə cavab verməyə başlayır və "nüvə ritorikası"nı tətbiq edirlər. Bununla belə, onun fikrincə, NATO ilə qarşıdurma kontekstində Moskva Belarusda təyyarə bazasını qura və Krımda nüvə silahını yerləşdirə bilər. "Krımıda nüvə silahının yerləşdirilməsi nəzəri olaraq Bosfor boğazına nəzarət etməyə imkan verəcək və Amerika donanmasının Qara dənizə girişinə mane olacaq. Bu, həmçinin Türkiyə ilə qarşıdurmada Rusiyanın əlinə oynayacaq", - Felqenqauer deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00