Almaniya: "Türkiyəyə ehtiyacımız var"

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyəni miqrasiya probleminin həllində açar ölkə adlandırıb.  Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı nazir miqrant axının zəiflədilməsi üçün Türkiyəyə ehtiyac duyduqlarını dilə gətirib.  "Türkiyə miqrasiya probleminin həllində açardır. Bu il miqrant axınını zəiflətmək istəyiriksə, Türkiyəyə ehtiyacımız var".  Avropa Birliyi rəsmilərinin açıqlamasına görə 2015-ci ildə Avropaya 1,2 milyon miqrant mühacirət edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00