"Kişi daşdan da pul çıxarmağı bacarmalıdır"
19 Yanvar 2016 19:35 Dünya"Mən tək müğənni kimi pul qazanmıram. Bəstəkarlıq fəaliyyətim də var. Yeri gələndə mahnılara söz də yazıram. Ordan da gəlirim olur". Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Ceyhun Əliyev deyib. İfaçı son günlər toyların və gəlirlərin azalmasından şikayətlənən həmkarlarına cavab verib: "Toy olmasa da, yalnız bəstəkarlıqla ailəmi dolandıra bilərəm. Başqa peşəkar səviyyədə bacara bildiyim iş yoxdur. Amma kişi daşdan da pul çıxarmağı bacarmalıdır. Böhran dünyada baş verir. Sadəcə, biz buna əvvəlcədən hazır deyildik. Amma vəziyyətdən çıxış yolu tapmaq üçün dövlət addımlar atır". C.Əliyev məşhurlaşmaq və pul qazanmaq xatirinə mahnı yazanlara görə təəssüfləndiyini bildirib: "Mahnı yaza bilməyənlər buna əl atır. Zövqlər korlanır. Bayağı mahnılar yaxşı mahnılara qarışır. İnsanlar bəzən seçim etməkdən usanırlar. Yaxşı mahnı olsa, insanlar da mənəvi qidanı tapa biləcəklər".