Saakaşvili Ukrayna ordusunun sirlərini yayıb

Ukraynanın Odessa şəhərinin qubernatoru  Mixail Saakaşvili ölkənin  münaqişələr gedən şərq hissəsində  Kiyev qoşunlarının və buraxılış məntəqlərinin xəritəsinə göstərən video yayıb. Azadinform xəbər verir ki, Ukraynanın TSN tv kanalı bildirib ki, Sakaaşvili şərqi Donbas ərazisindəki hərbi əməliyyatlar zonasına səfəri zamanı video yayımlayıb. O, həmin videonu Facebook-da paylaşıb.

Qeyd edək ki, video gizli müşahidə postları, komandirin rəyləri ilə birgə strateji xəritələri və Ukrayna əsgərlərinin üzlərini nümayiş etdirir. Ukrayna mediası Saakaşvilinin bu  hərəkətini təxribat kimi qiymətləndirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00