Timoşenkonu həbs edən hakim işdən çıxarıldı

Ukrayna prezidenti Pyotr Poroşenko 4 hakimi vəzifəsindən azad edib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, onlar arasında keçmiş baş nazir Yuliya Timoşenkoya 7 il həbs verən hakim Rodion Kireyev də var. Bundan başqa, Xarkov və Kiyevdə meydan hərəkatı zamanı ictimai fəallara həbs cəzaları verən hakimlər də istefaya göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00