Gənc ana ölməmək üçün idman etdi, arıqladı

Eşli Mann izafi çəkisini bəyənmirdi və arıqlamaq istəyirdi. Amma o, idman etməyə, pəhriz saxlamağa özündə qətiyyət tapa bilmirdi. Rutin müayinələrdən birində həkimlər onun yumurtalığında böyük, yemiş boyda kista aşkarladılar. Eşli həyat tərzini dəyişməsəydi, ölə bilərdi. Cərrahiyyə əməliyyatı aparıldı və yemiş boyda olan şiş kəsilib götürüldü. Bundan sonra Eşli pəhriz saxlamağa və məşq etməyə başlayıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 24 yaşlı ana indi çəkisinin 38,6 kiloqramından qurtulub. O, idman edir, sağlam həyat yaşayır və fotolarını da İnstagram-dakı profilində paylaşaraq qadınları idman etməyə çağırır. Şotlandiyanın Qrinok şəhərində yaşayan Eşlinin dediyinə görə, vegetarianlıq və yoqa onun həyatını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00