Donbasda vəziyyət yenidən gərginləşdi
19 Yanvar 2016 10:50 DünyaUkrayna Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb.APA-nın məlumatına görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyi bəyan edib.Ukrayna xarici işlər nazirliyi, öz növbəsində, bildirib ki, münaqişə bölgəsində separatçıların Ukrayna Silahlı Qüvvələrinə qarşı təxribatlarının sayı artmaqdadır. Belə ki, yanvarın 17-də Ukrayna ordusunun mövqeləri 48 dəfə, yanvarın 15-16 da isə, müvafiq olaraq, 40 və 36 dəfə atəşə tutulub."Ukrayna Rusiyanın Minsk razılaşmalarına məhəl qoymadığını beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraraq bildirir ki, Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı bölgələrində vəziyyətin gərginləşməsində məsuliyyəti rəsmi Moskva daşıyır", Ukrayna XİN-in mətbuat xidməti vurğulayıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00