Köln polisi cinayətkarları bir-bir həbs edir
19 Yanvar 2016 08:04 DünyaAxar.az Fokus-a istinadən xəbər verir ki, bu haqda məlumatı şəhər prokuroru Ulrix Bremer yayıb.Onun sözlərinə görə, sonuncu həbs olunan cinayətkar Əlcəzair vətəndaşıdır. Sözügedən şəxsin evində aparılan axtarışlar nəticəsində oğurluq telefon tapılıb.erilən məlumata görə, hazırda Köln polisi 8 cinayətkarı həbs edib.Xatırladaq ki, yeni il ərəfəsində Köln şəhərində çoxsaylı oğurluq və qadınlara qarşı bir qrup kişinin cinsi zəmində hücumları müşahidə olunub. Almaniyanın müxtəlif şəhərlərində vətəndaşlar buna etiraz əlaməti olaraq aksiyalar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00