Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi - Tarix

Rəsmi Moskva Ukraynadakı böhranı siyasi yollarla həll etmək istəyini bildirsə, Rusiyaya tətbiq edilən sanksiyalar 2016-cı ilin sonlarında ləğv ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibliyinin sanksiyalar siyasəti koordinatoru Daniyel Freyd "Voys of Amerika"ya  açıqlamasında deyib.

Freyd sanksiyaların ləğv edilməsi üçün bu şərtləri irəli sürüb:

1. Minsk razılaşmasının öhdəliklərinə əməl edilməli;

2. Donbasda seçkilər keçirilməli;

3. Hərbi fəaliyyətlər dayandırılmalı;

4. Ukraynanın şərq sərhədləri yenidən müəyyəndləşdirilməlidir.

"Görünür, Rusiya siyasi həll yolu üçün hazırlıqlar aparır. ABŞ bunu məmnunluqla qarşılayır", - Freyd bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00