NATO-dan Rusiyaya qarşı həmlə...
19 Yanvar 2016 08:01 DünyaBaltikyanı ölkələrdə Rusiyaya qarşı havadan müdafiə sistemləri yaradıla bilər.Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibinin müavini Aleksandr Verşbov deyib.O, NATO-nun Rusiyanı Baltik bölgəsindən yayındırmaq üçün yeni planlar hazırladığını söyləyib:"Ən təhlükəli vəziyyətlərdə NATO bölgəni qorumaq imkanına malik havadan müdafiə sistemləri yarada bilər. NATO Rusiyanın qərbində yaradılan hərbi bazaları araşdırır. Hazırda bununla bağlı bir fikrimiz yoxdur. NATO-nun müdafiə tədbirləri Rusiya üçün təhlükə yaratmır. Lakin Rusiya bizi rəqib görür. Rusiyanın Krım və Ukraynanın qərbindəki fəaliyyətlərindən dolayı Baltikyanı ölkələr NATO-dan ordu göndərilməsini tələb edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00