McDonalds İranda fəaliyyətə başlayır

Amerikanın beynəlxalq fast food şəbəkəsi  "McDonalds"  İranda təmsilçilik yaratmaq istəyir.

Publika.az İran mətbutaına istinadən xəbər verir ki, şirkət bu barədə öz rəsmi saytında məlumat yayıb.

Şirkətdən bildirilib ki, İranda "McDolands"-ın fəaliyyəti üçün nümayəndəlik yaratmaq istəyənlər sayta müraciət edə bilərlər.

Qeyd edək ki, İranda Amerika brendi olan hər hansı şirkətin fəaliyyəti və ya məhsulun satışı 1980-ci ildən qadağan edilmişdir. Sanksiyaların qaldırılmasından sonra münasibətlərin müsbətə doğru inkişaf etdiyi üçün iki tərəfli əməkdaşlıq mövzuları da gündəmə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00