Məşhur model həbs olundu
19 Yanvar 2016 07:50 Dünya90-cı illərin məşhur modeli Stefani Seymur avtomobili sərxoş idarə etdiyinə görə həbs olunub.Gün.Az axşam.az-a istinadən xəbər verir ki, model Konnektikut ştatında saxlanılıb. 47 yaşlı Stefani idarə etdiyi maşınla qırmızı işıqda dayanan digər avtomobili vurub.S.Seymur hadisə yerinə gələn polisin alkoqol müayinəsindən keçmək istəməyib. Modelin sərxoş olduğunu görən asayiş xidmətçiləri onu polis bölməsinə aparıblar.Qeyd edək ki, Stefani Seymur milyarder Piter Brantla ailəlidir. Bu nikahdan onların 3 uşağı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00