Peruda avtobusun uçuruma düşməsi nəticəsində 16 nəfər ölüb
19 Yanvar 2016 06:07 DünyaPeruda avtobusunun uçuruma düşməsi nəticəsində 16 nəfər ölüb, 10 sərnişin isə xəsarət alıb.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin mərkəzində, Uankayo və Piçinaki şəhərlərinin arasında baş verib.Hadisə yerində 16 nəfərin meyiti tapılıb. Polisin məlumatına görə, qəza nəticəsində ölənlərin sayı arta bilər. Hadisə zamanı avtobusda olan sərnişinlərin sayı barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00