Beyrut hava limanında 100 kiloqram kokain aşkar edilib

Livanın paytaxtı Beyrutun hava limanında 100 kiloqram kokain aşkar edilərək götürülüb.APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, külli miqdarda narkotik maddə quru meyvələrin olduğu qutularda gizlədilib.Hüquq-mühafizə orqanları yükün Perudan gəldiyini bildiriblər.  Narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən 2 nəfər saxlanılıb. İstintaq getdiyindən hələlik onların kimliyi barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00