Kanada İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır
19 Yanvar 2016 06:02 DünyaKanada hökuməti İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə hazırlaşır.APA-nın məlumatına görə, bu barədə CBC kanalı xəbər verib.Bildirilir ki, ən uzağı 2016-ci ilin yayınadək sanksiyalar aradan qaldırılacaq. Xatırladaq ki, iyulun 14-də Vyanada İran və "altılıq" ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair əldə olunmuş saziş oktyabrın 18-də qüvvəyə minib.ABŞ, Avropa İttifaqı və BMT tərəfindən rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyalar yanvarın 16-dan, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00